Bank Of Baku

Meksikada Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi münasibəti ilə tədbir keçirilib – FOTO

Meksikada Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi münasibəti ilə tədbir keçirilib – <font color=red>FOTO</font>
# 20 oktyabr 2011 09:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Mexiko şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Bu barədə APA-ya Azərbaycan Meksikadakı səfirliyindən məlumat verilib. Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə səfirlik tərəfindən təşkil edilmiş bayram tədbiri Mexiko şəhərinin ən nüfuzlu və tarixi mədəniyyət ocağı hesab edilən “Bellas Artes” Milli İncəsənət Sarayının binasında keçirilib. Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycanın dövlətçilik tarixi barədə danışıb. Səfir çıxışında, həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və münaqişənin nəticələri, habelə Ermənistan hökumətinin regionda davamlı sülh və təhlükəsizliyə təhdidlər yaratdığını bildirib.
Azərbaycan və Meksikanın inkişaf edən ikitərəfli münasibətlərinə toxunan səfir İ.Muxtarov, ölkələr arasında geniş spektrdə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu söyləyib.
Tədbirdə, həmçinin Meksika Konqresinin üzvləri, Senator Euxenio Qvadalupe və Meksika-Azərbaycan Dostluq Qrupunun üzvü, Deputat Salvador Karo çıxış ediblər. Natiqlər Meksika Konqresi adından Azərbaycan xalqını bayramı münasibəti ilə təbrik edərək, ölkələr arasında davam edən siyasi əməkdaşlığın, o cümlədən parlamentlərarası, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə ediblər.
Daha sonra, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, dövlətçiliyin inkişafından bəhs edən ispan dilində sənədli film nümayiş etdirilib və konsert keçirilib. Konsertdə Azərbaycandan qastrol səfərinə gəlmiş incəsənət xadimlərinin iştirakı ilə milli rəqslər və muğam sənətinin nümunələri ifa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR