Bank Of Baku

Ümumukrayna Gənclər Assambleyası və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə beynəlxalq forum keçirilib - FOTO

Ümumukrayna Gənclər Assambleyası və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə beynəlxalq forum keçirilib   - <font color=red>FOTO </font>
# 28 oktyabr 2011 08:07 (UTC +04:00)
Bakı-APA. Ukrayna parlamentinin binasında, Ukrayna Ali Radasının, Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə “BMT-nin gənclər modeli” mövzusunda beynəlxalq forum keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyindən APA-ya verilən məlumata görə, dünyanın 15 ölkəsindən 150-yə yaxın gənclər təşkilatı nümayəndələrinin qatıldığı forumda Ukrayna parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Baris Tarasyuk, Ümumukrayna Gənclər Assambleyasının sədri Yuna Şıxaliyeva və Ukrayna parlamentinin qanunvericilik və hüquq mühafizə orqanlarının işi üzrə komitəsinin sədri Viktor Şveç çıxış edərək dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasında BMT-in Gənclər modeli çərçivəsində həyata keçirilən beynəlxalq forumların müstəsna əhəmiyyətindən bəhs ediblər. BMT Baş Assambleyasının bu günlərdə keçirilən iclasında bir çox mühüm məsələlərlə yanaşı dünya gənclər təşkilatları ilə işin düzgün qurulmasına da xüsusi diqqətin ayrıldığını bildirən natiqlər həmin mötəbər toplantıda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibəti ilə forumun partnyorlarından olan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin nümayəndələrini təbrik ediblər. Qeyd olunub ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi strateji müttəfiq kimi Ukrayna xalqını da sevindirir.
Deputat Boris Tarasyuk çıxışında “mən bu uğuru birmənalı olaraq müstəqil Azərbaycan dövlətinin avroatlantik məkana və dünya birliyinə inamlı inteqrasiya siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirirəm”, - deyə bildirib.

Toplantıda çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Sabir Rzayev Azərbaycanın dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlığından danışıb. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov həmkarlarının diqqətini Dağlıq Qarabağ probleminə yönəldib, ermənilərin Azərbaycana qarşı həyata keçirtdiyi işğalçılıq siyasəti ilə bağlı BMT-nin çıxartdığı 4 qətnamənin hələ də kağız üzərində qalmasını tarixi ədalətsizlik kimi dəyərləndirib.
Anar Tahirov foruma qatılan gəncləri Qarabağ probleminin həllində ədalətli iradə nümayiş etdirməyə çağırıb. Forumda dünyada sülh və əmin-amanlığın qorunmasında, regional münaqişələrin aradan qaldırılmasında gənclərin üzərinə düşən öhdəliklər geniş müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR