Bank Of Baku

Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə gedib

Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə gedib
# 28 oktyabr 2011 09:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçə səfər edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Stokholm şəhərində baş tutacaq tədbir bu ölkədə fəaliyyət göstərən Azərbaycan Qadın Dərnəyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolu, onların sosial durumu müzakirə ediləcək, Cənubi Azərbaycanda qadın hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, Azərbaycanda qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlardan danışacaq. Səfər oktyabrın 30-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR