Bank Of Baku

Azərbaycan-Fransa Gənclik Assosiasiyası Fransada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib – FOTO

Azərbaycan-Fransa Gənclik Assosiasiyası Fransada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib – <font color=red>FOTO </font>
# 28 oktyabr 2011 13:00 (UTC +04:00)
Bakı-APA. Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFAJ) Fransanın Savoya regionunun Albervil şəhərində ənənəvi olaraq keçirilən X “Le Grand Bivouac” festivalında Azərbaycanı təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 60-dan çox ölkədən gəlmiş səyahətçilər, alimlər, tədqiqatçılar, fotoqraflar, yazıçılar və musiqiçilərin iştirak etdiyi bu festival dünyaya “səyahət” məqsədi daşıyıb. Festivalda müxtəlif ölkələrin mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən sərgilər, təqdimatlar, konfranslar, debatlar, tamaşa və animasiyalar təqdim olunub.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etmiş festivalda ilk dəfə olaraq iştirak edən AFAJ-ın nümayəndələri - Paris VIII Universitetinin tələbəsi Vüsalə Məmmədzadə, Paris X Universitetinin tələbəsi Kəmalə Gülməmmədova, Dauphine Universitetinin tələbəsi Fidan Əhmədova, Angers Universitetinin tələbəsi Könül Rəfiyeva və Sorbonn Universitetinin tələbəsi Aysel Səfərova Azərbaycan milli rəqslərini ifa ediblər.

Festivala Fransanın “İmperial Kirkiristan” qrupunun çıxış yekun vurdu. Yekun konsertində qrup nümayəndələrinin dəvəti ilə azərbaycanlı təmsilçilər də “İmperial Kirkiristan” musiqisinin müşayiəti ilə Azərbaycan milli geyimlərində improvizə olunmuş rəqs nümunələri nümayiş etdiriblər. Balkan-yunan musiqisinin notları altında azərbaycanlı iştirakçıların rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ümumilikdə 4 gün davam etmiş festivalda 31000 tamaşaçı iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR