Bank Of Baku

Krımda yaşayan azərbaycanlı şagird Ümumrusiya Uşaq və Gənclər Kino Yaradıcılığı Açıq Forumunun diplomuna layiq görülüb

Krımda yaşayan azərbaycanlı şagird Ümumrusiya Uşaq və Gənclər Kino Yaradıcılığı Açıq Forumunun diplomuna layiq görülüb
# 31 oktyabr 2011 09:49 (UTC +04:00)
Krım-APA. Krımda yaşayan azərbaycanlı şagird Nabat Həsənova Ümumrusiya Uşaq və Gənclər Kino Yaradıcılığı Açıq Forumunun diplomuna layiq görülüb. Bu barədə APA-ya “Krımın Azərbaycan İcması” İctimai Birliyinin rəhbəri Rəhim Hümbətov məlumat verib. Həmyerlimiz “Ən uğurlu kinodebüt” diplomu ilə mükafatlandırılıb.
Xatırladaq ki, Simferopolda orta məktəbdə təhsil alan Nabat Həsənovanın çəkdiyi “Sadəcə burax” qısametrajlı filmi bu şəhərdə keçirilən “Qızıl Çarli” beynəlxalq uşaq və gənclər festivalının da diplomuna layiq görülüb. Həmyerlimiz bu filmdə həm də aktrisa qismində debüt edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR