Bank Of Baku

Türkiyənin Kocaeli vilayətində Heydər Əliyev Parkının açılışı olub

Türkiyənin Kocaeli vilayətində Heydər Əliyev Parkının açılışı olub
# 31 oktyabr 2011 15:33 (UTC +04:00)
APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, açılış mərasiminə Türkiyə Böyük Millət Məclisinin deputatları Sibel Gönül, Sinan Oğan, Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu, digər yerli idarəetmə qurumlarının rəhbərləri, Azərbaycanın Türkiyədəki səfirliyinin katibi Dursun Həsənoğlu, Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov və digər şəxslər qatılıb.

Tədbirdə çıxış edən Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, parkın açılışı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə bir hədiyyədir.

Böyük şəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu isə bildirib ki, getdikcə Dərincə qəsəbəsi gözəl bir kənd halına gəlir. Bu şəhərin də ən gözəl yerində Heydər Əliyevin adına park açılır.

Qeyd edək ki, park 8500 kvadratmetr sahəni əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR