Bank Of Baku

Polşada azərbaycanlı general Vəli bəy Yadigarın xatirəsi anılıb - FOTO

Polşada azərbaycanlı general Vəli bəy Yadigarın xatirəsi anılıb - <font color=red>FOTO </font>
# 03 noyabr 2011 10:24 (UTC +04:00)
Bakı-APA. Polşada yaşayan azərbaycanlıların “Birlik” Cəmiyyətinin təşəbbüsü ilə Varşavanın müsəlman qəbiristanlığında dəfn edilmiş Azərbaycan Demokratik Respublikası Ordusunun və sonradan Polşa Ordusunun zabiti olmuş Vəli bəy Yadigarın qəbiri ziyarət olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə iştirak edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Vəli bəy Yadigarın Azərbaycanın adını uca edən bir insan olduğunu söyləyib və belə təşəbbüslərin çox dəyərli olduğunu qeyd edib.
Daha sonra çıxış edən Polşada azərbaycanlılarının “Birlik” Cəmiyyətinin sədri Nəbi İbadov Vəli bəy Yadigarın həyatı barədə danışıb. Onun Şəkidə Azərbaycan Ordusu tərkibində bolşeviklərə qarşı mübarizəsi, ADR-in süqutundan sonra Polşaya gəlməsi, bu ölkənin ordusunda xidməti, II Dünya müharibəsində göstərdiyi şücaətlər, müharibədən sonra Buanes-Ayresə mühacirəti, 1971-ci ildə orada vəfat etməsi və 1990-cı ildə Varşavada təkrar dəfn olunması barədə məlumat verilib.

Daha sonra N. İbadov Polşa ordusunun o zaman baş komandiri olmuş general Sosnkovskinin Vəli bəy Yadigar haqqında söylədiyi ”öz Vətənini heç zaman unutmayaraq Vəli bəy Yadigar həm də Polşa üçün ən sədaqətli oğul olub” sözlərini xatırladıb.
Mərasimdə iştirak edən yerli ictimaiyyət nümayəndələri Azərbaycan xalqına belə bir oğul yetişdirdiyi üçün minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR