Bank Of Baku

Marneulidə “Azərbaycanca-gürcücə lüğət” və “Gürcücə-Azərbaycanca lüğət” kitablarının təqdimatı keçirilib – FOTO

Marneulidə “Azərbaycanca-gürcücə lüğət” və “Gürcücə-Azərbaycanca lüğət” kitablarının təqdimatı keçirilib – <font color=red>FOTO </font>
# 04 noyabr 2011 12:38 (UTC +04:00)
Marrneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində yerləşən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) yeni çapdan çıxmış “Azərbaycanca-gürcücə lüğət” (Müəlliflər: professor Valeh Hacıyev, jurnalist Nəsib Nəsibov) və “Gürcücə-Azərbaycanca lüğət” (Müəlliflər: Nəsib Nəsibov, Venera Cangidze, Süleyman Süleymanov) kitablarının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, düzəlişlər və əlavələrlə üçüncü dəfə nəşr edilən lüğət kitabları türkoloqlar, inzibati orqan işçiləri, diplomatlar və iş adamları, elm adamları, orta və ali məktəblərdə gürcü dilini öyrənən, həmçinin bu dili öyrənməyə maraq göstərən azərbaycanlılar üçün nəzərdə tutulub. Lüğətə müasir gürcü ədəbi dilinin əsas leksik fondu, işlək sözlər salınıb. Kitabın birinə 8 min, ikinci kitaba isə 22 min söz daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR