Bank Of Baku

Şimali Kiprdə “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib

Şimali Kiprdə “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib
# 05 noyabr 2011 08:29 (UTC +04:00)
Bakı - APA. Şimali Kiprdə “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda Azərbaycanın millət vəkilləri Gülər Əhmədova və Musa Qasımlı çıxış ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açıq elan edilən tədbirdə çıxış edən Gülər Əhmədova Azərbaycanın xarici siyasəti, diaspor fəaliyyəti, gənclərin dövlətçiliyin möhkəmləndirilməsindəki rolu, elmi, təhsili və mədəniyyəti barədə ətraflı danışıb. Millət vəkili azərbaycanlı gəncləri xaricdə bir arada görməsindən və onların qarşısında çıxış etməsindən zövq aldığını bildirib. O, öz çıxışında gəncləri tariximizə biganə yanaşmamağa, harada olduqlarından asılı olmayaraq, milliyyətçi olmağa, mədəniyyətimizi layiqincə təmsil etməyə səsləyib: “Azərbaycan və Türkiyənin ən böyük xoşbəxtçiliyidir ki, bu dövlətlərə tərcüməçi lazım deyil. Çünki onlar bir-birini çox yaxşı başa düşürlər”.

Sonra tarixçi alim, millət vəkili Musa Qasımlı “Azərbaycan və Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda çıxış edib. Konfransda həmçinin Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetin prorektoru, professor Məcid Haşempur ilə yanaşı, universitetin tarix müəllimləri və tələbələr də yaxından iştirak edib. Konfrans qarşılıqlı dialoq və sual-cavab formatında davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR