Bank Of Baku

Gürcüstan prezidenti Müqəddəs Qurban bayramı münasibətilə Tiflisdəki Cümə məscidində müsəlmanlarla görüşüb, onları təbrik edib - FOTO

Gürcüstan prezidenti Müqəddəs Qurban bayramı münasibətilə Tiflisdəki Cümə məscidində müsəlmanlarla görüşüb, onları təbrik edib - <font color=red>FOTO</font>
# 06 noyabr 2011 20:38 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Saakaşvili bayram münasibətilə bütün müsəlmanları təbrik edib.

Gürcüstan prezidenti vaxtilə David Ağmaşenelebenin də məscidə gəlib müsəlmanlarla birlikdə dini adət-ənənələrə riayət etdiyini bildirib: "Mən öz andiçmə mərasimimi David Ağmaşenelebinin qəbri üstündə həyata keçirdim. O, böyük gürcü islahatçılarından biridir. David Ağmaşenelebi məscidə gedər, müsəlmanlarla birlikdə ibadət edərdi”.

Gürcüstan prezidenti çıxışında Gürcüstanın birliyinin bütün millətlər üçün əziz olduğunu deyib: "Son müharibədə çoxlu müsəlman qanı da axıdılıb. Gənclər arasında dəyərlərə birgə hörmət məni çox sevindirir. Artıq parçalanmaya son qoyulub. Biz hamımız öz keçmişimizlə, mədəniyyətimizlə fəxr edirik. Ancaq biz birlikdə işləyib yaşamağa, vətəni qorumağa hazırıq. Biz dərk etmişik ki, birlikdə ölkəni qüdrətli edəcək, işğaldan qurtaracağıq”.

M. Saakaşvili təbrik nitqində ölkədə hər il keçirilən İslam bayramlarının hörmət və məhəbbətlə qeyd edildiyini vurğulayıb: "Müsəlmanların bütün bayramı bizim bayramımızdır. Siz qanuna tabe olan, zəhmətkeş xalqsınız. Siz və sizin əcdadlarınız Gürcüstanı qoruyub, onun birliyi uğrunda mübarizə aparıb. Sizi təbrik edirəm”.

Görüşdə ölkə prezidenti ilə yanaşı, Gürcüstan paytaxtından, Acarıstandan, Kvemo-Kartlidən, Qaraçöpdən, Msxeta, Kaspi, Telavi rayonlarından müsəlmanlar, din xadimləri, Tiflis şəhər meri Qiqi Uqulava, Gürcüstanın diasporla iş üzrə dövlət naziri Mirzə Davitaya, prezidentin müşaviri Mübariz Qarayev, Gürcüstan milli təhlükəsizlik şurasının katib müavini Tamar Kintsuraşvili, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Usubov, GMİ-nin baş müftisi Camal Paksadze, baş imam Yasin Əliyev, dövlət strukturlarının rəsmiləri, Gürcüstan parlamentinin deputatları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR