Bank Of Baku

Türkiyədə Urmiya gölünün qurumasına həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Türkiyədə Urmiya gölünün qurumasına həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 07 noyabr 2011 08:03 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin Eskişehir vilayəti Tepebaşı bələdiyyəsinin “Özdilek” mədəniyyət və sənət mərkəzində “Güney Azərbaycan: dünəni və bu günü” mövzusunda konfrans keçirilib. APA-nın Türkiyə müxbirinin məlumatına görə, konfransda məruzə ilə çıxış edən Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Davud Turan Güney Azərbaycandakı milli azadlıq hərəkatının inkişaf mərhələləri və bugünkü durumu ilə bağlı ətraflı məlumat verib.

Güney Azərbaycanda milli oyanış hərəkatının daha güclü şəkildə təşkilatlanmasının vacibliyindən danışan D. Turan bölgənin ən ciddi problemlərindən olan Urmiya gölünün quruma təhlükəsi ilə bağlı Türkiyə və dünya mediasını daha həssas davranmağa çağırıb. D. Turan Cənubi Azərbaycanda həbs edilən siyasi məhbusların azad edilməsi üçün dünya ictimaiyyətinin daha da aktiv olmasının zəruriliyini də vurğulayıb.

Toplantıda çıxış edən Türk Ocağı Eskişehir şöbəsinin başqanı, professor Nedim Ünal Azərbaycanın türk dünyasını üçün önəmini vurğulayaraq, türk gənclərini Bütöv Azərbaycanın yaranması uğrunda mübarizəyə çağırıb.

Konfransda Ülkü ocaqları Eskişehir şöbəsinin, Eskişehir Metropol bələdiyyəsinin nümayəndələri, həmçinin Azərbaycan Respublikasından və Cənubi Azərbaycandan Eskişehirdə təhsil alan tələbələr iştirak ediblər.

Noyabrın 5-6-da Eskişehir Metropol bələdiyyəsinin ESPARK Ticarət Mərkəzində “Urmu gölü qurudulmasın” mövzusunda foto-sərgi də təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR