Bank Of Baku

İsveçin hakim partiyası: Parlamentdə «erməni soyqırımı» ilə bağlı qətnamənin qəbulu səhv addım olub

İsveçin hakim partiyası: Parlamentdə «erməni soyqırımı» ilə bağlı qətnamənin qəbulu səhv addım olub
# 19 noyabr 2011 10:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İsveçin hakim partiyası – Moderatorlar Partiyasının nümayəndələri İsveç Azərbaycanlıları Konqresinin təmsilçiləri ilə keçirilən görüşdə bildiriblər.

Onların sözlərinə görə, tarixi hadisələrə tarixçilər qiymət verməlidir, qərarı isə siyasi təşkilatlar deyil, beynəlxalq məhkəmə və təşkilatlar çıxarmalıdır.

İsveç parlamentinin üzvləri həmçinin Avropa İttifaqının region üçün təhlükə yaradan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəaliyyətinin aktivləşdirilməsinin vacibliyi ilə bağlı razılığını bildiriblər.
Onların fikrincə, İsveç parlamenti bu münaqişə ilə bağlı məlumatları səthidir və əsasən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə əsaslanır. Bu baxımdan İsveç Azərbaycanlıları Konqresinin təmsilçiləri ilə keçirilən görüş mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Moderatorlar Partiyasının nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR