Bank Of Baku

Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlayıb

Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlayıb
# 21 noyabr 2011 07:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Noyabrın 20-dən etibarən Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, yeni televiziya kanalı “Heydərbaba” adlanır. HBTV brendi ilə efirə çıxan telekanal həftədə üç dəfə - cümə axşamı, cümə və şənbə günləri yerli “Rogers” televiziyasından Azərbaycan dilində yayımlanacaq. Kanadada siyasi mühacir kimi yaşayan, əslən İrandan olan azərbaycanlı fəallar tərəfindən təsis edilən telekanalın əsas məqsədi Azərbaycanın tarixi, musiqisi və mədəniyyətini yerli ictimaiyyətə tanıtmaqdır. Eyni zamanda HBTV İranda hüquqları pozulan azərbaycanlıların səsini Kanada cəmiyyətinə və dünyaya çatdırmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, “Rogers” televiziyasından digər bir Azərbaycan telekanalı AzCanTV də yayımlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR