Bank Of Baku

Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayında bəzi mühüm sənədlər qəbul olunacaq

Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayında bəzi mühüm sənədlər  qəbul olunacaq
# 22 noyabr 2011 14:40 (UTC +04:00)
Bakı-APA. Noyabrın 25-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayı keçiriləcək. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ÜAK Rəyasət heyətinin “Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayının çağırılması barədə” qərarına uyğun olaraq keçiriləcək qurultayda Rusiya Federasiyasının 72 regionundan seçilmiş 130 nümayəndənin iştirakı nəzərdə tutulub.
Qurultayda Azərbaycan və Rusiyanın yüksək səviyyəli dövlət nümayəndələrinin də iştirakı gözlənilir. Bundan başqa, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qurultaya qonaq qismində dəvət olunub.
ÜAK-nin III Qurultayında ötən müddət ərzində görülmüş işlərə dair hesabat veriləcək, təşkilatın nizamnaməsinə dəyişikliklərlə bağlı təkliflər müzakirə olunacaq. Tədbirdə, həmçinin qurumun gələcək fəaliyyət perspektivləri, qarşıda duran vəzifələr, ÜAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qurultayda bir sıra mühüm sənədlərin qəbul olunması da gözlənilir.
Qeyd edək ki, ÜAK 2000-ci ildə Heydər Əliyevin dəstəyi ilə təsis olunub. Fəaliyyət göstərdiyi müddət ərzində ÜAK Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR