Bank Of Baku

Almaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır

Almaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır
# 25 noyabr 2011 19:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Almaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır. APA-nın məlumatına görə, dekabrın 10-da, Hannover şəhərində yerli vaxtla saat 16:00-dan 24:00-dək “Aran” otelində keçiriləcək təsis konfransı ilə qurum rəsmən fəaliyyətə başlayacaq. Təşkilat isə 21 Azər Dərnəyi adlandırılacaq. Eyni zamanda konfransdan sonra İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümləriylə əlaqədar seminar keçiriləcək. Tədbirdə hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəallar mövzuyla bağlı çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR