Bank Of Baku

Almaniyanın tarixi qəsrində Azərbaycan mədəniyyətinin təqdimat mərasimi keçirilib – FOTO

Almaniyanın tarixi qəsrində Azərbaycan mədəniyyətinin təqdimat mərasimi keçirilib – <font color=red>FOTO </font>
# 28 noyabr 2011 10:48 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Blankenheim şəhərində fəaliyyət göstərən “Alte Kanzlay” cəmiyyətinin təşəbbüsü ilə 300 illik tarixi olan qəsrin konsert zalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş “Azərbaycana ədəbi və musiqili səyahət” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib. Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun (AAF) birgə əməkdaşlığı ilə təşkil edilmiş gecəni “Alte Kanzlay” cəmiyyətinin sədri Frider Füllers açıb. Daha sonra cəmiyyətin üzvü Volker Klyayn çıxış edib, AAF-nin İdarə Heyətinin üzvü və AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova Azərbaycan haqqında ətraflı məlumat verib.
Qəsrin Kamera Musiqisi Zalında keçirilən gecənin musiqili hissəsində Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri səslənib. Mirvarid Dilbazi, Nizami və Rəsul Rzanın sözlərinə bəstələnmiş mahnı və ariyalar opera müğənnisi, mezzosoprano Silke Hartstang Azərbaycan dilində məharətlə ifa edib. Köln Ali Musiqi Məktəbinin dosenti Elnarə İsmailova fortopianoda solo çıxış edib.
Tədbirin sonunda qonaqlara Azərbaycanın Almaniyadakı səfirliyi və TEAS-Avropa Azərbaycan Cəmiyyətinin tədbirə hədiyyə etdiyi Azərbaycana dair kitab, CD, buklet və açıqcalardan ibarət kiçik hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR