Bank Of Baku

Litvada “Azərbaycan Mədəniyyət gecəsi” keçirilib – FOTO

Litvada “Azərbaycan Mədəniyyət gecəsi” keçirilib – <font color=red>FOTO  </font>
# 01 dekabr 2011 11:31 (UTC +04:00)
Bakı-APA. Litvada təhsil alan azərbaycanlı tələbələr Kaunas şəhərində “Azərbaycan Mədəniyyət gecəsi” mövzusunda tədbir keçiriblər. “Odlar Yurdu” diaspor təşkilatının dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan mədəniyyəti, onun dünya mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verilib. “Odlar Yurdu” diaspor təşkilatından APA-ya verilən məlumata görə, mərasimdə iştirak edən xarici tələbələr Azərbaycanın mədəniyyəti, mətbəxi ilə bağlı videofilmləri maraqla izləyiblər. Qonaqlar azərbaycanlı tələbələrin milli rəqsini, həmçinin, hazırladıqları milli yeməklərimizi heyranlıqla qarşılayıblar. Tədbirdə bildirilib ki, son zamanlar xaricdə təhsil alan Azərbaycan gənclərinin ölkəmizlə bağlı təqdimatlar etməsi artıq ənənə halını alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR