Bank Of Baku

"Qarabağ-Azərbaycan" Kültür Dərnəyinin rəhbərliyi İsveçin AŞ PA-dakı nümayəndə heyətinin sabiq rəhbəri Yoran Lindblad ilə görüşüb

"Qarabağ-Azərbaycan" Kültür Dərnəyinin rəhbərliyi İsveçin AŞ PA-dakı nümayəndə heyətinin sabiq rəhbəri Yoran Lindblad ilə görüşüb
# 01 dekabr 2011 21:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 1-də İsveçin Höteborq şəhərində yeni fəaliyyətə başlayan "Qarabağ-Azərbaycan" Kültür Dərnəyinin rəhbərliyi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi komitəsinin keçmiş sədri, İsveçin bu qurumdakı nümayəndə heyətinin sabiq rəhbəri Yoran Lindblad ilə görüşüb. APA-nın məlumatına görə, dərnəyin sədri Ceyhun Avşar və qurumun İdarə Heyətinin üzvü, təşkilati məsələlər üzrə müavin Zamin Xəlilovun iştirak etdiyi görüşdə isveçli siyasətçi dərnəyin yaranma səbəbləri ilə maraqlanıb, gələcək fəaliyyət istiqamətləri və birgə əməkdaşlığın formaları haqda təkliflər verib. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin İsveç ictimaiyyətinə çatdırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Qarabağ-Azərbayacan” Kültür Dərnəyi noyabrın 19-dan fəaliyyətə başlayıb. Təşkilatın yaranmasında əsas məqsəd İsveçin Höteborq şəhərində yaşayan soydaşlarımız arasında mədəniyyətimizi, tariximizi, dilimizi, yaşatmaq və təbliğ edib həmrəyliyə nail olmaqdır. Xüsusilə dərnəyin əsas fəaliyyət istiqaməti Qarabağ həqiqətlərini daha da sıx təbliğ edib yerli insanların münaqişənin mahiyyəti haqqında məlumatlandırılması olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR