Bank Of Baku

Azərbaycan və türk diasporları Hyuston Beynəlxalq Məsələlər Şurası üzvlərinin erməni işğalı altında olan Azərbaycan ərazilərinə səfərinə etiraz edir

Azərbaycan və türk diasporları Hyuston Beynəlxalq Məsələlər Şurası üzvlərinin erməni işğalı altında olan Azərbaycan ərazilərinə səfərinə etiraz edir
# 02 dekabr 2011 08:26 (UTC +04:00)
Türk-Amerika Assosiasiyaları Assembleyasından APA-nın Vaşinqton müxbirinə bildirilib ki, Hyuston Beynəlxalq Məsələlər Şurasının saytında 2012-ci ilin iyununda Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfər planlaşdırılması barədə məlumat yerləşdirilib: “Hyuston şəhərinin ən nüfuzlu vətəndaş forumlarından biri olan bu təşkilatın Azərbaycanın erməni işğalı altında olan ərazisinə, Dağlıq Qarabağa rəsmi Bakıdan icazəsiz səfər planlaşdırması diqqətdən yayına bilməz.
Azərbaycan rəhbərliyinin icazəsi olmadan belə bir səfəri təşkil etmək Azərbaycanın suverenliyinə, bütövlüyünə və xalqına qarşı hörmətsizlikdir”.

Diaspor üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər planlarına etiraz olaraq, Hyuston ictimaiyyətinə, Beynəlxalq Məsələlər Şurasının rəhbərliyinə və yerli media orqanlarına onlarla məktub göndərib.

Məktubda qeyd olunur ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına Dağlıq Qarabağ və ətrafdakı digər işğal edilmiş bölgələrə, həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən ərazilərə səfərləri qadağan edib, çünki Dövlət Departamenti onların təhlükəsizliyinə təminat verə bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR