Bank Of Baku

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 2-ci forumu panel iclası ilə davam edib

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 2-ci forumu panel iclası ilə davam edib
# 03 dekabr 2011 20:20 (UTC +04:00)
Bakı-APA. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) 2-ci forumu panel iclası ilə davam edib. UAGB-nın mətbuat xidmətindən APA-ya bildiriblər ki, keçirilən panel iclasında azərbaycanlı gənclərin milli mənəvi dəyərlərini qoruyub yaşatmaları şərti ilə Ukraynanın ictimai siyasi, elmi, mədəni həyatına inteqrasiya olunmaları istiqamətində irəli sürülən tövsiyələr, ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri ideoloji təxribatların qarşısının alınmasında birgə mübarizənin aparılması strategiyasının düzgün qurulması forumun uğurlu nəticələri kimi dəyərləndirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin böyük inkişaf yolu keçdiyini bildirən İdman və gənclər nazirinin müavini İntiqam Mehdiyev, İrəli ictimai birliyinin sədri millət vəkili Ceyhun Osmanlı, xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Azər Xudiyev, BMT-nin Azərbaycandakı proqram rəhbəri Məzahir Əfəndiyev və digər panel moderatorları müzakirələrin çox aktiv və səmərəli təkliflərlə yadda qaldığını bildiriblər.
2 gün davam edən forumun yekun ziyafət mərasimində Ukrayna Azərbaycanlı gənclər birliyinin sədri Anar Tahirov çıxış edərək belə bir tarixi toplantıda Azərbaycanın rəsmi dövlət nümayəndələrinin iştirak etməsini, xüsusində Rusiyadakı Azərbaycan Gənclər təşkilatının sədri Leyla Əliyevanın forum iştirakçılarına ünvanlandığı təbrik məktubunun ukraynadakı azərbaycanlı gənclərin gələcək inkişafına stimul verəcəyini bildirib. Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna Azərbaycanlı Gənclər Birliyini ofislə təmin etməsini ölkəmizdə bir çox sahələrlə yanaşı dövlət səviyyəsində gənclər hərəkatının inkişafına göstərilən diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirib. Forumun uğurla başa çatmasına görə Ukrayna Azərbaycanlı Gənclər birliyinin nümayəndələrini təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, idman və gənclər nazirinin müavini İntiqam Babayev və digər şəxslər siralarını günü gündən genişləndirən birliyin fəallarına gələcək işlərində uğurlar arzulayıblar. Forumun təşkil olunmasında xidmətləri olan bir qrup şəxsə birliyin fəxri diplomları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR