Bank Of Baku

Gürcüstanda Azərbaycandilli məktəb direktorları gürcü dilini öyrənirlər

Gürcüstanda Azərbaycandilli məktəb direktorları gürcü dilini öyrənirlər
# 05 dekabr 2011 08:09 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kutaisi şəhərindəki Jvaniya adına Dövlət İdarəçilik Məktəbində Azərbaycandilli məktəb direktorları üçün gürcü dilinin öyrənilməsinə dair seminar başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məktəbin direktoru Giorgi Kveladze bildirib ki, dövlət dilinin öyrənilməsi üçün başlanan seminara azərbaycanlıların kompakt yaşadığı Marneuli, Dmanisi, Bolnisi, Qardabani bölgələrindən 77 Azərbaycandilli məktəb direktoru qatılıb: “Onlar ilkin mərhələdə dövlət dilini necə öyrənmək və danışıq zamanı verilən sualları cavablandırmağı bacaracaqlar. Sonra ikinci mərhələ başlayacaq və bu kursu da başa vuran məktəb direktorları dövlət dilində danışmağı bacaracaqlar”.

Seminarın ilk mərhələsi dekabrın sonunda başa çatacaq. Bundan sonra 77 məktəb direktoru gürcü dilinin öyrədilməsinin ikinci - əsas mərhələsinə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR