Ərzurum Atatürk Universitetində Azərbaycanın dövlət müstəqilliyi qazanmasının 20-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib - FOTOSESSİYA
Təbdir hər iki ölkənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyə-Azərbaycanın dövlət himnlərinin ifası ilə başlayıb.
Tədbiri giriş sözü ilə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin başqanı, “Ekoavrasiya” jurnalının baş redaktoru Hikmet Eren açaraq, Azərbaycanın 20 ildə əldə etdiyi uğurlardan danışıb. Natiq xüsusilə, son iyirmi ildə Türkiyə-Azərbaycan arasında imzalanan önəmli sazişləri qeyd edərək, bu gün iki dövlət arasında siyasi-iqtisadi və strateji əlaqələrin yüksələn xətlə inkişafını vurğulayıb.
Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatının sədr müavini Kutluhan Yazıcıoğlu belə tədbiri keçirməkdən məmnun olduqlarını bildirərək, bu gün Azərbaycanın bölgədə söz sahibə çevrilən bir dövlət halına gəldiyini bildirib.
Əziziyyə bələdiyyə başqanı Fateh Cengez əsrin əvvəllərində Ərzurumun müdafiəsində Azərbaycan türklərinin böyük rolunu vurğulayaraq, Azərbaycanın iyirmi faiz torpaqlarının erməni işğal altında olduğunu və bu torpaqların gec-tez erməni işğalından azad olunacağını söyləyib.
AKP Adana millət vəkili Necdet Ünüvar Türkiyənin istiqlal savaşında Azərbaycanın maddi və mənəvi yardım etdiyini xatırladıb. Necdet Ünüvar Van zəlzələsində Türkiyənin yardımına qaçan ilk ölkənin dost və qardaş Azərbaycan olduğunu diqqətə çəkərək ölkəmizə təşəkkür edib.
Ərzurum Texnik Universitetinin rektoru Müəmmər Yaylalı iki ölkə arasında qardaşlığa diqqət çəkdi. Yaylalı Ərzurumda Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunmasının qürurunu yaşadıqlarını ifadə edərək ”Elə bir qardaşlığımız, elə bir bağımız var ki, bu, dünya döndükcə davam edəcək. Azərbaycan gözümüz, bəbəyimizdir” deyib.
Qara Dəniz Ölkələri Parlament Assambleyasının sədri, millət vəkili İsmayıl Safi Azərbaycanın beynəlxalq arenada söz sahibinə çevrildiyini diqqətə çatdıraraq, Türkiyə-Azərbaycanın beynəlxalq arenada bir-birlərinə dəstək verdiklərini söyləyib.
AKP millət vəkili Feramez Üstün Azərbaycanın müstəqilliyinin 20-ci il dönümü qeyd edilməsindən çox xoşbəxt olduğunu söyləyərək, hələ 1990-cı il 20 yanvar hadisələri zaman Universitetdə tələbə olarkən rus əsgərlərinin törətdiyi faciəyə qarşı etiraz aksiyaları keçirdiklərini bildirib.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov çıxışında iki qardaş ölkə arasında münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu qeyd edərək, bundan sonra bu əlaqələrin daha da inkişaf edəcəyini söyləyib.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın “Azərbaycan Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcək və biz birlikdə torpaqlarımızı işğaldan azad edəcəyik. İnşallah, Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümünü biz birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda keçirərik”, - sözləri alqışlarla qarşılanıb.
Azərbaycan Milli Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunu rəhbəri, professor Nizami Cəfərov da Türkiyə və Azərbaycan arasında sosial-iqtisadi, mədəni və siyasi əlaqələrinin güclənərək davam etdiyini söyləyib.
Türkiyə-Qazaxıstan Parlament Dostluq Qrupunun rəhbəri, millət vəkili Haluk İpək isə Qarabağ işğalı aradan qalxmayınca, Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını qeyd edərək, Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.
Sonda hər iki ölkənin mədəni-ictimai əlaqələrinin inkişafında xidmətlərinə görə, Türkiyə millət vəkilləri, ziyalıları Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi “Bəxtiyar Vahabzadə” Ödülünə; Azərbaycanlı millət vəkilləri Qənirə Paşayeva və Nizami Cəfərov isə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin Türk dünyasına Xidmət ödülünə layiq görülüblər.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Bölmələrdə Azərbaycan və Türkiyədən olan elm adamları, QHT rəhbərləri məruzələrlə çıxış ediblər.
Dünya Gənc Türk Yazarlar Birliyi və Əziziyyə bələdiyyəsi tərəfindən təşkil olunan Azərbaycan şairlər və ozanlar gecəsi böyük uğurla baş tutub.
Xəbər Lenti
“Brent” markalı neft ucuzlaşıb
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO