Bank Of Baku

Almaniyadakı Azərbaycan diasporunun nümayəndəsi Berlin-Brandenburq Miqrasiya Şurasına üzv seçilib - FOTO

Almaniyadakı Azərbaycan diasporunun nümayəndəsi Berlin-Brandenburq Miqrasiya Şurasına üzv seçilib  - <font color=red>FOTO</font>
# 07 dekabr 2011 08:12 (UTC +04:00)
Bakı-APA. Berlin-Brandenburq İnteqrasiya və Miqrasiya məsələləri ilə bağlı Məsləhətçi Şuraya keçirilmiş seçkilərdə Berlində yaşayan azərbaycanlı, Türkiyə-Azərbaycan Birliyinin (TAB) İdarə Heyətinin üzvü Cəlili Maku Həbib öz namizədliyini irəli sürüb və gizli səsvermə nəticəsində Məsləhətçi Şuraya üzv seçilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məsləhətçi Şuraya təqdim olunan namizədlər 7 ölkə qrupuna bölünüblər: Alman mənşəli mühacirlər, Avropa Birliyi, Avropa Birliyinə daxil olmayan Avropa ölkələri, Uzaq Şərq-Afrika-Amerika-Avstraliya, Yaxın və Mərkəzi Şərq-Pakistan-Hindistan, Türkiyə və Regionsuz. Seçkilər gizli səsvermə yolu ilə keçirilib.

Cəlil Maku Həbib namizədliyini Regionsuz qrupundan sürüb. Bu qrupdan 8 nəfərin namizədliyi irəli sürülüb, soydaşımız üçüncü yeri tutub. Qeyd olunub ki, hər qrupdan 4 nəfərin üzv seçilmək hüququ var. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) direktoru Samira Patzer-İsmailova qurum adından gizli səsvermədə iştirak edib.

Xatırladaq ki, Berlin Senatının 2010-cu ilin dekabrında qəbul etdiyi Əlaqə və İnteqrasiya Qanununa əsasən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi bu il diaspor təşkilatı kimi Berlin əyalətinin Məsləhətçi Şurasının ictimai siyahısına qəbul edilib. Bununla da AAKM Almaniyada mühacirətdə yaşayan əcnəbilərin təmsilçisi kimi Məsləhətçi Şuranın seçkilərində iştirak etmək hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR