Bank Of Baku

ARDNŞ prezidenti Vaşinqtonda Türk-Amerika Birliyinin rəhbəri ilə görüşüb

ARDNŞ prezidenti Vaşinqtonda Türk-Amerika Birliyinin rəhbəri ilə görüşüb
# 10 dekabr 2011 08:17 (UTC +04:00)
ARDŞN-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə F. Taban uzun müddət ABŞ-da fəaliyyət göstərən təşkilatın müxtəlif bölgələrdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. F. Taban bildirib ki, Birliyinin əsas məqsədi yalnız Türkiyənin deyil, eyni zamanda Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi türk dövlətlərinin tanıdılması istiqamətində Amerika Senatında, parlamentində və əyalətlərin hakim dairələrində məqsədyönlü iş aparmaq, Amerika ictimaiyyətinə bu ölkələr haqqında obyektiv məlumatlar çatdırmaqdır.

Türkiyənin Azərbaycana hər zaman dəstək olduğunu deyən R. Abdullayev ARDNŞ-ın Türkiyədə böyük həcmdə sərmayə layihələri həyata keçirdiyini bildirib. R. Abdullayev Azərbaycan və Türkiyənin beynəlxalq miqyasda birgə hərəkət etmələrinin vacibliyini də vurğulayıb: «Biz amerikalıların həm Azərbaycanı, həm Türkiyəni daha yaxından tanımasını istəyirik. Bizim necə millətlər olduğumuzu görsünlər, zəngin mədəniyyətimizə, adət-ənənələrimizə bələd olsunlar», - deyə R. Abdullayev qeyd edib.

Görüşün sonunda ARDNŞ prezidenti Birliyinin rəhbərinə Azərbaycan neft sənayesinin tarixinə həsr olunmuş kitab və suvenirlər təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR