Bank Of Baku

Bakıda 21 Azər hərəkatının ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakıda 21 Azər hərəkatının ildönümünə həsr olunmuş tədbir keçirilib
# 10 dekabr 2011 12:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakıda Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökumətinin 66-cı ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycanda siyasi mühacir həyatı yaşayan, Cənubi Azərbaycandan olan siyasi mühacirlər tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən tarixçi Əkrəm Rəhimli bildirib ki, II dünya müharibəsi ərəfəsində İran dövləti müttəfiqlər tərəfindən işğal edildikdən sonra, bu ölkədə, xüsusilə də Azərbaycanda xalqın öz müqəddəratını həll etməsi üçün əlverişli şərait yaranıb. Bu dövrdə Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi xalqı səfərbər edərək “21 azər” milli hərəkatına start verib və hərəkat 1945-ci il dekabrın 12-də qələbə ilə başa çatıb. Həmin tarixdə Azərbaycan Milli Hökuməti yaranıb və bir il ərzində dərin islahatlar həyata keçirib.

Daha sonra tədbirdə çıxış edən tarixçilər Pişəvərinin həyat və fəaliyyətindən danışaraq onun rəhbərliyi ilə yaradılmış Azərbaycan Milli Hökumətinin keçmiş olduğu tarixi yola nəzər salıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR