Bank Of Baku

Bişkekdə müasir uyğur ədəbiyyatının banisi Abdulxaliq Uyğurun 110 illik yubileyi qeyd olunacaq - FOTO

Bişkekdə müasir uyğur ədəbiyyatının banisi Abdulxaliq Uyğurun 110 illik yubileyi qeyd olunacaq - <font color=red>FOTO</font>
# 10 dekabr 2011 15:47 (UTC +04:00)
Bişkek. Hökümə Xəlilova - APA. Dekabrın 23-də Bişkekdə müasir uyğur ədəbiyyatının banisi, istedadlı şair Abdulxaliq Uyğurun anadan olmasının 110 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Bu barədə APA-nın Orta Asiya bürosuna Qırğız parlamentinin milliyyətcə uyğur deputatı Tursuntay Səlimov məlumat verib.

Qeyd edək ki, Abdulxaliq Uyğur 1901-ci ildə Şərqi Türküstanda - Sintzyan Uyğur Muxtar Respublikasının Turpana şəhərində anadan olub. Təhsilini öncə Çində, sonra isə Sovet İttifaqında alıb. “Qəzəb və yalvarış”, “Zülmə qarşı”, “Zirvəsi yaxın olan dağlar” kimi məşhur poemaların müəllifi olub. O, mübariz, vətənpərvər, uyğur xalqının azadlıq mübarizəsinin carçısı olduğu üçün 1933-cü ildə Çin hökuməti tərəfindən edam edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR