Bank Of Baku

Kanadada İranda həbsdə olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq imzatoplama kampaniyası keçirilib - FOTO

Kanadada İranda həbsdə olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq imzatoplama kampaniyası keçirilib   - <font color=red>FOTO</font>
# 12 dekabr 2011 08:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Kanadanın Vankuver şəhərində İranda həbsdə olan azərbaycanlı jurnalistlər, insan haqları fəalları Səid Mətinpur və Səid Nəimi ilə bağlı beynəlxalq imzatoplama kampaniyası keçirilib. Bu barədə APA-ya İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlı məlumat verib. Onun sözlərinə görə, tədbir ADAPP və “Amnesty İnternational”ın birgə təşkilatçılığı ilə Dünya İnsan Haqları Günündə düzənlənib: “Bu tədbir ənənəvi olaraq hər il keçirilir və biz də dördüncü ildir ki, bu işlə məşğuluq. Biz orada İranda həbsdə olan azərbaycanlı jurnalistlər Səid Mətinpur və Səid Nəimi ilə bağlı məktublar qoymuşduq. İnsanlar da həmin məktubları imzaladılar və biz də onları İranın ali dini lideri, Ayətullah Seyid Əli Xamneyi, İran Məhkəmə Sisteminin rəhbəri, Ayətullah Sadiq Laricani, Təbriz həbsxanası və Tehrandakı Evin zindanının rəhbərinə göndərəcəyik”.
V. Qarabağlı onu da bildirib ki, ADAPP rəsmisi Vankuver şəhərində yayımlanan “Coop Radio”da İrandakı azərbaycanlıların insan haqları məsələləri, onlara qarşı olan təzyiqlərdən də danışıb.
ADAPP sözçüsü, həmçinin Almaniyanın Heydelberq şəhərində də Səid Mətinpurla bağlı imzatoplama kampaniyası həyata keçirildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR