Bank Of Baku

Berlində yaşayan azərbaycanlılar “Nar bayramı” keçirib

Berlində yaşayan azərbaycanlılar “Nar bayramı” keçirib
# 13 dekabr 2011 01:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 11-də Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağı tərəfindən “Nar bayramı” qeyd olunub. Bu barədə APA-ya həmin diaspor təşkilatının həmsədri, Almaniyada yaşayan soydaşımız Bədiyə Parlar məlumat verib. Onun sözlərinə görə, Berlində yaşayan azərbaycanlıların təsis etdiyi Azərbaycan Mədəniyyət Ocağı hər il “Nar bayramı”nı qeyd edir: “Təşkilatımız 20 ilə yaxındır ki, Berlində fəaliyyət göstərir. “Nar bayramı”nda milli mədəniyyətimizlə bağlı proqramla çıxış edirik. Tədbir iştirakçılarına Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı məlumatlar verilir, milli musiqimiz və rəqsimiz, mətbəximiz nümayiş olunur. Bu cür tədbirlərə daha çox Almaniyada yaşayan azərbaycanlı uşaqları cəlb etməyə çalışırıq. Məqsədimiz odur ki, yeni nəsil milli dəyərlərimizə bağlı böyüsün və alman cəmiyyətində assimilyasiya olmasınlar. Çünki milli mədəniyyətdən uzaq düşmək milli kimliyin itirilməsinə səbəb olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR