Bank Of Baku

Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin III Qurultayı keçiriləcək

Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin III Qurultayı keçiriləcək
# 13 dekabr 2011 09:44 (UTC +04:00)
Bakı-APA. Dekabrın 17-də Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qurultayın işində millət vəkilləri, siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Qurultayda BAK-ın yeni İdarə Heyəti formalaşdırılacaq, yeni sədr seçiləcək.
Mərkəzi mənzil-qərargahı Amsterdam şəhərində yerləşən BAK 2006-cı ildə yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində Azərbaycan diasporunun təşkilatlanması işində mühüm işlər görüb.

Benilüks ölkələrində fəaliyyət göstərən İraq türkmənlərinin icmaları da BAK-ın tərkibinə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR