Bank Of Baku

Almaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Almaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb
# 14 dekabr 2011 01:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Almaniyanın Hannover şəhərində 21 Azər Cəmiyyəti fəaliyyətə başlayıb. Bu barədə APA-ya təşkilatın sədri, Almaniyada yaşayan soydaşımız Nasir Bağıroğlu məlumat verib. Onun sözlərinə görə, 21 Azər Cəmiyyətinin əsas məqsədi bu ölkədə Azərbaycan milli mədəniyyətinin tanıdılması, Qarabağ həqiqətləri, İranda yaşayan azərbaycanlıların üzləşdikləri hüquq pozuntuları haqda məlumatlar yaymaqdır: “Alman cəmiyyəti Azərbaycan haqqında ətraflı məlumata malik deyil. Odur ki, biz bu ölkədə Azərbaycanı layiqli şəkildə təbliğ etməyə çalışacağıq. Zəngin mədəniyyətimizi, tariximizi tanıtmaq Avropada Azərbaycan haqqında müsbət rəyin formalaşmağına təsir edəcək”. Təşkilatın fəaliyyət proqramı haqqında da məlumat verən Nasir Bağıroğlu Azərbaycanın əlamətdar və tarixi günlərini qeyd edəcəklərini bildirib: “ Təşkilatımızda 28 May Respublika Gününü, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, 21 Azəri və başqa tarixi günləri qeyd edəcəyik. Azərbaycan haqqında daha çox məlumat vermək məqsədi ilə tədbirlərimizə alman dostlarımızı da dəvət edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR