Bank Of Baku

Türkiyədə Azərbaycan türklərinin I Beynəlxalq Forumu keçiriləcək

Türkiyədə Azərbaycan türklərinin I Beynəlxalq Forumu keçiriləcək
# 15 dekabr 2011 11:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. 2012-ci ilin aprel ayında Türkiyənin İzmir şəhərində dünya azərbaycanlılarının beynəlxalq forumu keçiriləcək. Bu barədə APA-ya forumun təşkilatçılarından biri, İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu məlumat verib. O bildirib ki, aprelin 20-də keçiriləcək foruma dünyanın 50 ölkəsində yaşayan azərbaycanlılar qatılacaq: “Üç gün davam edəcək tədbir “Azərbaycan türklərinin I Beynəlxalq Forumu” adlanacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı dostlarımızla üç ay müzakirə apardıqdan sonra belə bir forumu keçirməyi qərara aldıq. Tədbirin heç bir dövlətlə, təşkilatla, partiya ilə bağlılığı yoxdur. Forumda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların nümayəndələri çıxış edərək təmsil etdiklərin diasporun problemləri haqqında məlumat verəcək. Diaspor olaraq da bir-birimizi yaxından tanımalı və əməkdaşlığımızı artırmalıyıq. Azərbaycanın dünyada nüfuzunun artması üçün milli birliyə çox ehtiyac var”.
Tədbirdə “Bütöv Azərbaycan Milli Şura”sının yaradılması üçün müzakirələrin aparılacağını da söyləyən C. Məmmədxanoğlu forumun hər bir azərbaycanlı üçün açıq olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR