Bank Of Baku

Nyu-Yorkda Azərbaycan teatrı yaradılıb - FOTO

Nyu-Yorkda Azərbaycan teatrı yaradılıb - <font color=red>FOTO </font>
# 16 dekabr 2011 11:11 (UTC +04:00)
Bakı – APA. Dekabrın 4-də ABŞ-ın Nyu-York şəhərində ilk Azərbaycan teatrının əsası qoyulub. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində fəaliyyət göstərməyə başlayan Nyu-York Azərbaycan Teatrı öz pərdələrini Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası ilə açıb.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti, “Qızıl Dərviş” mükafatı laureatı, “Tərəqqi” medalı sahibi, Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur. Rolları Azərbaycan Nyu-York Assosiasiyasının gənc və orta nəsil üzvləri ifadə ediblər. Tamaşanın bədii tərtibatı Telman Cəlilova məxsusdur. Tamaşanın Vaşinqtonda, Hyustonda və ABŞ-ın daha bir neçə şəhərində oynanılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR