Bank Of Baku

İranda azərbaycanlı fəal azadlığa buraxılıb

İranda azərbaycanlı fəal azadlığa buraxılıb
# 17 dekabr 2011 13:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan aşıq Əkbər Hüseynpur 4 aylıq həbs cəzasını çəkdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb.

APA-nın məlumatına görə, azərbaycanlı fəal bu il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində iftar mərasimi zamanı həbs olunan 30 nəfərdən biri olub. Vəkillə təmin olunmasına icazə verilməyən Əkbər Hüseynpur Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 4 ay qəti və 20 ay şərti həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəalın zindanda fiziki və mənəvi işgəncələrə məruz qaldığı, təhqir olunduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR