Bank Of Baku

İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq

İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq
# 17 dekabr 2011 16:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyənin İzmir şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq. Bu barədə APA-ya İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu məlumat verib.

Onun sözlərinə görə, bu münasibətlə dekabrın 30-da İzmirdə konsert keçiriləcək: “İsmət İnönü Mədəniyyət Mərkəzində təşkil ediləcək konsertə bu şəhərdə yaşayan bütün azərbaycanlılar dəvətlidir. Həmin gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü də qeyd olunacaq”.

Tədbirdə əslən İrandan olan azərbaycanlı müğənni Ramin Fərhəngiya çıxış edəcək. Konsertdə Azərbaycandan da qonaqların iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR