Bank Of Baku

Tiflisdə “Dostluq Körpüsü-2011” adlı festival keçirilib

Tiflisdə “Dostluq Körpüsü-2011” adlı festival keçirilib
# 19 dekabr 2011 07:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dekabrın 18-də Gürcüstan paytaxtında M. F. Axundov adına Mədəniyyət Muzeyinin və onun nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan festival keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Dostluq Körpüsü-2011” adı altında keçirilən festivalda Gürcüstanın Batumi, Zuqdidi, Msxeta, Kaspi və digər bölgələrində fəaliyyət göstərən müxtəlif millətlərin, o cümlədən gürcü, rus, yəhudi, meqrel musiqi kollektivləri, eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsindən gələn folklor rəqs qrupları rəngarəng konsert proqramları ilə çıxış ediblər.

Festival “Ceyran” folklor rəqs ansamblının üzvləri olan azərbaycanlı gənclərin ifa etdiyi “Qarabağ” rəqsi ilə açılıb. Sonra gürcü və Azərbaycan folklor rəqs nümunələri nümayiş etdirilib, şeirlər, xalq mahnıları, bədii kompozisiyalar, müxtəlif milli musiqi alətləri ilə mahnılar səsləndirilib. M. F. Axundov adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor qrupunun üzvü Ramin Pirməmmədov “Bayatı-Şiraz” təsnifinin ifasına görə birinci yerə və xüsusi diploma layiq görülüb. “Dostluq Körpüsü-2011” festivalına “Yallı” Azərbaycan xalq rəqsi ilə yekun vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR