Benilüks Azərbaycanlıları Konqresinin III qurultayı keçirilib - FOTO
Konqresin sədri Elsevər Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, “2 il ərzində Azərbaycan həqiqətlərinin Benilüks ölkələrinin ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Amsterdam və Rotterdam şəhərlərində azərbaycanlı uşaqlar üçün həftəsonu məktəbləri açılmış, şagirdlər dərslik və dərs ləvazimatları ilə təmin olunublar.
Təşkilatımız Xocalı faciəsini ildönümü, Dünya Azərbaycanlılarını həmrəylik günü, Rotterdamda Bakı küçəsinin açılışında fəal iştirak edib. BAK-ın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış tarixçi alimləri ilə görüşlər keçirilib, - Elsəvər Məmmədov bildirib. Təşkilat rəhbəri Benilüks ölkələrində ermənilərin Azərbaycana qarşı təxribatlarının qarşısının alındığını da qurultay iştirakçılarının diqqətinə çatdırılıb. E. Məmmədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən cari ilin iyul ayında BAK-ın fəxri sədri Sahil Qasımovun “Tərəqqi medalı” ilə təltif edilməsi BAK-ın fəaliyyətinə verilmiş qiymət kimi başa düşülməlidir.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov öz çıxışında qeyd edib ki, Dünya Azərbaycanlılarının III qurultayında prezident İlham Əliyev strateji xarakter daşıyan proqramla çıxış edib və xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərə diaspor təşkilatları ilə sıx əlaqə qurmağı və onların fəaliyyətlərinə dəstək vermək barədə tapşırıq verib: “Eyni zamanda prezident İlham Əliyev öz çıxışında diaspor təşkilatlarına da müəyyən tövsiyələr verib. Bu tövsiyələri gündəlik fəaliyyətlərində əldə rəhbər tutan Benilüks Azərbaycanlıları Konqresinin Azərbaycanda baş verən hadisələri düzgün və dolğun şəkildə Benilüks məkanında çatdırılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilməlidir”.
F. İsgəndərov deyib ki, BAK artıq Azərbaycanın xarici siyasətinin Avropada həyata keçirilməsinə öz dəstəyini göstərməyə başlayıb.
Səfir Benilüks Azərbaycanlıarı Konqresinin təşkil etdiyi tədbirlərə artıq azərbaycanlılarla, qardaş türk təşkilatları və digər ölkələrin diaspor icmaları ilə yanaşı hollandların cəlb edilməsini müsbət hal kimi qiymətləndirib, Rotterdamda Bakı küçəsinin açılışında şəhər merinin və digər rəsmilərinin iştirakını buna misal gətirib.
Diaspor təşkilatlarının qarşısında duran əsas məsələ kimi F. İsgəndərov yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb və bunun Hollandiyada uğurla həyata keçdiyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Qərbi Avropa şöbəsinin müdir müavini Elnur Əliyev Komitə sədri Nazim İbrahimovun qurultaya təbrik məktubunu oxuyub. Məktubda Benilüks Azərbaycanlıları Konqresinin ötən beş il ərzindəki fəaliyyəti yüksək qiymətləndirilib. Qurultayda BAK-ın yeni İdarə Heyətinin 20 nəfərdən ibarət üzvü seçilib, Sahil Qasımov BAK-ın yeni sədri seçilib.
BAK-ın yeni seçilmiş sədri Sahil Qasımov təşkilatın yalnız Niderland, Belçika və Lüksemburq ölkələrini deyil, öz məkanından çıxaraq digər dövlətləri də əhatə etdiyini vurğulayıb. O, Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Xocalı faciəsini bütün dünyaya çatdırmaqda BAK-ın xüsusi rol oynadığını, bu istiqamətdə lobbi fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Xəbər Lenti
“Brent” markalı neft ucuzlaşıb
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO
Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Tramp Heqsetin impiçmentinə qarşı çıxıb
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO