Bank Of Baku

Almaniyada Azərbaycan diaspor təşkilatının qurultayı keçiriləcək

Almaniyada Azərbaycan diaspor təşkilatının qurultayı keçiriləcək
# 19 dekabr 2011 23:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Almaniyanın Köln şəhərində Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) II Qurultayı keçiriləcək. Bu barədə APA-ya təşkilatın İdarə Heyətinin üzvü, Almaniyada yaşayan soydaşımız Araz Süleymani məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildə Brüsseldə əsası qoyulan təşkilatın Avropanın bir neçə ölkəsində, həmçinin Almaniyada nümayəndəliyi var: “I Qurultayı Brüsseldə keçirdik. Növbəti qurultayımız isə Köln şəhərinin “Youth Hostel” (Gənclər Evi) binasında 2012-ci il yanvarın 7-də öz işinə başlayacaq. İki gün davam edəcək tədbirimizə yalnız Almaniyada deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar qatılacaq. İranda yaşayan azərbaycanlıların məruz qaldığı hüquq pozuntularına, Ermənistanın Azərbaycana təcavüzünə, Xocalı soyqırımına həsr olunmuş çıxışlar olacaq. Eləcə də qurultay iştirakçıları çıxış üçün söz alaraq yaşadıqları ölkədə Azərbaycan diasporunun üzləşdiyi çətinliklərdən də danışa biləcəklər. Çox vaxt diaspor olaraq da bir-birimizin problemlərindən xəbərsiz oluruq”. Araz Süleymani qurultayın hər bir azərbaycanlı üçün açıq olduğunu bildirib: “Fərdi və təşkilat olaraq hər bir azərbaycanlını qurultaya dəvət edirik. Sosial və siyasi mövqeyindən asılı olmayaraq, hər kəs tədbirə qatıla bilər. Dünyanın hansı ölkəsində, qitəsində yaşamağımızdan, siyasi mövqeyimizdən asılı olmayaraq, hamımız bir millətin nümayəndəsiyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR