Bank Of Baku

Rusiyanın Yaroslavl şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub

Rusiyanın Yaroslavl şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub
# 23 dekabr 2011 09:53 (UTC +04:00)
Yaroslavl. Fərid Əkbərov – APA. Rusiyanın Yaroslavl şəhərində Heydər Əliyev Mərkəzi və Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirlib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, açılış mərasimində Yaroslavl şəhərinin rəhbərliyi, Azərbyacanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyət nümayəndələri və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Yaroslavl şəhərinin meri Viktor Volonçunas çıxışında azərbaycanlıların bu şəhərdə öz fəallığı ilə seçildiyini deyib. O, Azərbaycan diasporunun fəallığının şəhərdə keçirilən bir sıra tədbirlərdə açıq şəkildə göründüyünü söyləyib.

Polad Bülbüloğlu isə azərbaycanlılara belə mehriban münasibətə görə şəhər merinə təşəkkürünü bildirib. Səfir bü cür münasibətlərin tarixinin qədim olduğunu vurğulayıb: “Azərbaycanla Rusiya arasında hər zaman qonşuluq və mehriban münasibətlər olub və hazırda da davam edir”.

Daha sonra Yaroslavl şəhərinin qubernatorunun müavini Sergey Beryozkinlə görüşən P. Bülbüloğlu Azərbaycan Mədəniyyət Mərkəzinin açılışının qürur verici bir hadisə olduğunu qeyd edib. Qubernatorun müavini Yaroslavlda 25 diaspor təşkilatin fəaiyyət göstərdiyini açıqlayıb. Onun sözlərinə görə, Yaroslavl Azərbaycan diasporu yeganə icmadır ki, ona öz mədəni irsinin təbliği üçün belə bir bina ayrılıb: “Bu ilk növbədə Azərbaycan Rusiya münasibətlərinin göstəricisi və Azərbaycan diasporunun fəallığına bir işarədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR