Bank Of Baku

Marneulidə “Gürcü dili Evi” açılıb

Marneulidə “Gürcü dili Evi” açılıb
# 23 dekabr 2011 11:04 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində “Gürcü dili Evi”nin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Gürcü dili Evi”nin açılışında Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayon icra hakimiyyəti başçısı Zaza Dekonoidze, rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov, azərbaycanlı və gürcü müəllimlər, ziyalılar, məktəb şagirdləri iştirak ediblər. D. Şaşkin çıxışında bildirib ki, Gürcüstan prezidentinin təşəbbüsü ilə azərbaycanlılar yaşayan Bolnisi və Dmanisidə də bu cür yerlər açılacaq və burada hər bir şəxs yaşından asılı olmayaraq gürcü dilini öyrənə biləcək.

D. Şaşkin APA-ya açıqlamasında məktəblilərin yüksək keyfiyyətli təhsil almasının böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bizim üçün çox vacibdir ki, Gürcüstanda təhsil alan məktəblilər yüksək keyfiyyətli təhsil alsınlar. Bizim vətəndaşlarımız olan azərbaycanlıların gürcü dilində və Azərbaycan dilində təhsil almağa imkanları var. Biz istəyirik ki, Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlılar gürcü dilini mükəmməl öyrənsinlər və gələcəkdə dövlət strukturlarında çalışsınlar. Gürcüstanda təxminən 2 min 200 məktəb fəaliyyət göstərir. Bir anda məktəblərin problemlərini həll etmək çətindir. Lakin biz problemləri mərhələ-mərhələ həll edirik. Bütün məktəblərin əsaslı təmir edilməsi barədə plan hazırlanıb və 2015-ci ilə kimi bütün məktəblər təmir olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR