Bank Of Baku

Türkiyədəki Azərbaycan diasporu Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini pisləyib

Türkiyədəki Azərbaycan diasporu Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini pisləyib
# 23 dekabr 2011 13:18 (UTC +04:00)
Bakı-APA. İstanbul Türkiyə Azərbaycan Dərnəyi Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə insanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini qəbulunu qətiyyətlə pisləyib. Diasporla İş üzrə DÖvlət Komitəsindən APA-ya verilən məlumata görə, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin yaydığı bəyanatda Fransa parlamentinin bu qərarının arxasında prezident Nikola Sarkozinin yaxınlaşan seçkilərdə ölkədə yaşayan 500 min erməninin səslərini qazanmaq istəyinin dayandığı bildirilir. 1915-ci il hadisələrinin siyasətçilərin yox, tarixçilərin müzakirə və araşdırmalı olduqları qeyd olunan bəyanatda vurğulanır ki, “Türkiyə Cümhuriyyəti dəfələrlə, qarşılıqlı olaraq arxivlərin açılması barədə Ermənistana müraciət etsə də, İrəvan bu günə qədər bu təklifə müsbət münasibət bildirməyib”.
Daha sonra bəyanatda əsl soyqırıma məruz qalanların türklərin özlərinin olduğu vurğulanıb: “Anadoluda, Qafqazda, Azərbaycanda ermənilərin zülmünə məruz qalmayan ailə yoxdur. Əsl soyqırımı Ermənistan edib. Ermənistanın illərdən bəridir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Əgər Fransa ədalətli bir mövqe tutmaq istəyirsə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı gündəliyə çıxarmalıdır”.
Bəyanatda Türkiyə ərazisində minlərlə erməninin rahat şəkildə heç bir problemlə qarşılaşmadan, türklərlə bərabər hüquqlara sahib olaraq yaşadığı qeyd olunur: “Ermənistan ərazisində isə bir nəfər də türk qalmayıb. Türkiyədə yüzlərlə kilsə mövcuddur, amma Ermənistanda bir məscid də olsun yoxdur. Əcdadlarımızdan qalan məscidlər, dağıdılaraq yer üzündən silinib”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR