Bank Of Baku

Almaniyadakı Azərbaycan diasporu Fransa parlamentinin qondarma “erməni genosidi” ilə bağlı qərarına qəti etirazını bildirib

Almaniyadakı Azərbaycan diasporu Fransa parlamentinin qondarma “erməni genosidi” ilə bağlı qərarına qəti etirazını bildirib
# 23 dekabr 2011 14:04 (UTC +04:00)
Bakı-APA. Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Fransa parlamentinin rəhbərinə ünvanladığı müraciətdə Milli Assambleyanın qondarma ”erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsindən narahat lığını ifadə edərək bunun Fransa-Türkiyə münasibətləri ilə yanaşı Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərəcəyini bəyan edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, qondarma ”erməni soyqırımı” siyasi deyil, tarixi məsələdir:
“Türkiyə dövləti hər zaman tarixi arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, tarixi gerçəkliyi ortaya çıxarmağa hazır olduğu halda Fransanın Türkiyəni ittiham etmək cəhdləri dərkedilməzdir”. Bu fikirlər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin müraciətində qeyd olunub. Fransa parlamentinin qəbul etdiyi qərarın antidemokratik xarakter daşıdığı vurğulanan bəyanatda daha sonra Milli Assambleyanın bu addımının Fransa üçün utanc verici bir davranış olduğu qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR