Bank Of Baku

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib
# 23 dekabr 2011 23:17 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Elmlər Akademiyasının rəyasət heyətinin qərarına əsasən M. Əliyev 2011-ci il dekabrın 21-dən akademiyanın həqiqi üzvü hesab olunur.

Qeyd edək ki tibb elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi Məmmədbağır Əliyev N.N. Bloxin adına Rusiya elmi-onkoloji mərkəzinin direktor müavini və Uşaq Onkologiyası elmi-tədqiqat institutunun direktoru vəzifəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR