Bank Of Baku

Azərbaycan diaspor təşkilatı Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarını pisləyən bəyanat yayıb

Azərbaycan diaspor təşkilatı Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarını pisləyən bəyanat yayıb
# 25 dekabr 2011 02:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı Güney Azərbaycan Demokrat Partiyası (GADP) Fransa Milli Assambleyasının qondarma erməni soyqırımını inkar edənlərin 1 il həbs cəzası və ya 45 min avro cərimə edilməsi haqqında qanun layihəsi qəbul edilməsini pisləyən bəyanat yayıb. Bu barədə APA-ya təşkilatın təsisçilərindən biri, İsveçdə yaşayan soydaşımız Haşim Bilgin məlumat verib. Onun sözlərinə görə, Fransa Milli Assambleyasının bu qərarı İsveçdə yaşayan azərbaycanlıların da hiddətinə və etirazına səbəb olub: “Bizim təşkilatımız bu qərarı pisləyən və Fransa prezidenti Nikola Sarkoziyə ünvanlanan bəyanat yayıb. Sənəddə ermənilərin Qarabağda, Urmiya, Salmas və Xoy şəhərlərində törətdiyi soyqırımlar, Fransanın Əlcəzairdə həyata keçirdiyi kütləvi qırğınlar qeyd olunub. Bu qanlı hadisələri təsdiq edən sənədlər olsa da, ancaq hələ hüquqi qiymətini almayıb. Amma ermənilərin tarixi faktlara söykənməyən qondarma soyqırım iddiası Fransa Milli Assambleyası tərəfindən qəbul edilib. Bu, türklərə qarşı ədalətsizlik və Fransanın tarixi yalnışlığıdır. Təşkilatımız bu barədə fikirlərini bəyanat şəklində yayıb”. GADP-nin bəyanatında o da qeyd edilib ki, fransız siyasətçilər yaxın günlərdə Xocalı faciəsini soyqım kimi qəbul edən Meksika parlamentindən örnək götürməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR