Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresi Fransa prezidentinə müraciət edib

Avropa Azərbaycanlıları Konqresi Fransa prezidentinə müraciət edib
# 26 dekabr 2011 09:57 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bu ölkənin Milli Assambleyasının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul etməsini söz və ifadə azadlığını kobud surətdə pozduğu bəyan edilib: “Bu qanunla birinci növbədə fransız xalqının söz və fikir azadlığına son qoyulub. Bu qanunla Fransa dövlətinin prinsipləri ayaqlar altına atılıb. Biz Avropa Azərbaycanlıları Konqresi olaraq bu qanunun qəbul edilməsini kəskin şəkildə pisləyir və buna etirazımızı bildiririk. Bu qanunun qəbul edilməsi ilə tarix saxtalaşdırılıb, xalqlar arasında kin, nifrət, intiqam və düşmənçilik toxumu səpilib, xalqların anlaşmalarına və dünyada əmin-amanlığın bərqərar olunmasına ağır zərbə vurulub. Bu qanun nə Ermənistana, nə Türkiyəyə, nə də Azərbaycana fayda gətirəcəkdir. Bu yolla Qafqazda sülh əldə olunmayacaq”.
Müraciət müəllifləri Fransa prezidentinə 20 il əvvəl bütün dünyanın gözləri önündə baş vermiş və faktları, şahidləri olan və işğal və soyqırımını xatırladıblar: “Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın bilavasitə özünün iştirakı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı qətliam törədilib. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Fransanın da üzv olduğu ATƏT-in Minsk qrupu məsələni sülh yolu ilə həll etmək üçün fəaliyyət göstərsə də bu günə qədər nə işğal sona çatıb, nə də qatillər cəzalandırılıb. Avropa Azərbaycanlıları Konqresi olaraq Sizdən və ATƏT-in Minsk qrupunun üzvü olan Fransa dövlətindən Xocalıya ədalətin təmin olunmasını tələb edirik. Sülh ədalətsizlik və hüquqsuzluq üzərində qurula bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR