Bank Of Baku

Sankt-Peterburqda Dünya Azərbaycanlıların həmrəylik gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Sankt-Peterburqda Dünya Azərbaycanlıların həmrəylik gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
# 26 dekabr 2011 18:20 (UTC +04:00)
Bakı-APA. Sankt-Peterburq şəhərinin “Park İnn Pribaltiyskaya” mehmanxanasında “Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatın və Baş konsulluğun dəstəyi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illik yubileyi və Dünya Azərbaycanlıların həmrəylik gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbirdə 350 nəfər iştirak edib. Onların arasında Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı tələbə və gəncləri, ictimai xadimlər və digər fəxri qonaqlar olublar. Bu barədə APA-ya Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən məlumat verilib.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikasının Sankt-Peterburqdakı konsulu Elşad Qulamov, Sankt-Peterburqda fəaliyyət göstərən “Naxçıvanın dostları cəmiyyəti”, “Sankt-Peterburq azərbaycanlı biznesmenlərinin assosiasiyası” və “Sankt-Peterburqun Azərbaycan diasporu” adlı təşkilatlarının şəhərdə Azərbaycanın təbliğatı istiqamətində apardıqları mühüm rolunu qeyd edib.
“Sankt-Peterburq Azərbaycan diasporası” regional ictimai təşkilatının rəhbəri, akademik Heydər İmanov çıxışında azərbaycanlıların Rusiya ictimaiyyətinə inteqrasiyasının vacibliyini qeyd edərək, eyni zamanda Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələrinin unudulmamasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan dövləti tərəfindən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına daimi göstərilən qayğı və dəstəyi xüsusi qeyd edib.
Həmçinin konfransda Türkiyə Respublikasının Baş konsulu Tancu Bilginc, “Naxçıvanın dostları cəmiyyəti”nin sədri İdris Qəhrəmanov, Azərbaycan Respublikasının MDB ölkələri Parlament Assambleyasında daimi nümayəndəsi Aydın Cəfərov, Beynəlxalq diaspor mərkəzinin sədri İsmayıl Ağayev və digər qonaqlar təbrik nitqlərlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR