Bank Of Baku

Danimarkada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq

Danimarkada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq
# 27 dekabr 2011 00:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Danimarkanın Arhus şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq. Bu barədə APA-ya Danimarkada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının üzvü, bu ölkədə yaşayan soydaşımız Kərim Rismankar məlumat verib. Onun sözlərinə görə, tədbirin təşkilatçılarından biri Azərbaycan Mədəniyyət Ocağıdır: “Tədbir dekabrın 30-da yerli vaxtla saat 19:00-da başlayacaq. Şənliyə Arhusda yaşayan bütün azərbaycanlılar, türklər və kərküklülər dəvətlidir. Məqsədimiz qürbətdə yaşayan soydaşlarımızı bir araya gətirmək, xüsusən də vətəndən uzaqda böyüyən gənclərimizə bu günün tarixi səbəblərini və xalqımızın inkişafında həmrəyliyin əhəmiyyətini izah etməkdir”. Kərim Rismankar onu da bildirib ki, tədbirdə Xocalı soyqırımı, Urmiya gölü, İranda həbsdə olan azərbaycanlı siyasi məhbusların fotolarından ibarət sərgi də təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR