Bank Of Baku

Moskvada “Kaspi” Azərbaycan diaspor təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan təntənəli mərasim keçirilib- FOTOSESSİYA

Moskvada “Kaspi” Azərbaycan diaspor təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan  təntənəli mərasim keçirilib- <font color=red>FOTOSESSİYA</font>
# 28 dekabr 2011 02:19 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva ətrafında yerləşən Domodedovo şəhərindəki azərbaycanlıların diaspor təşkilatı olan “Kaspi”nin təşkil etdiyi mərasim “BOR” istirahət və əyləncə mərkəzində keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov, Yekaterenburq şəhərindəki baş konsulu Soltan Qasımov, ”Kaspi” təşkilatının sədri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimov və Domodedovo şəhərinin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Beş yüz nəfərdən çox qonağın iştirak etdiyi mərasimin rəsmi hissəsi bitdikdən sonra Azərbaycanın və Rusiyanın incəsənət ustalarının konsert proqramı keçirilib. Rusiyanın məşhur müğənnisi Lev Leşşenko, “Respublika” qrupu, Azərbaycanın xalq artisti Səməd Səmədov konsert proqramı ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR