Bank Of Baku

RAGT Rusiyanın 20-dən çox regionunun uşaq evlərində xeyriyyə aksiyası keçirib

RAGT Rusiyanın 20-dən çox regionunun uşaq evlərində xeyriyyə aksiyası keçirib
# 28 dekabr 2011 04:17 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın 20-dən çox regionunun uşaq evlərində xeyriyyə aksiyası keçirilib. APA-nın Moskva bürosunun məlumatına görə, xeyriyyə aksiyası Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni 2012-ci il münasibəti ilə Moskvanın 2,8,11,23 və 43 saylı uşaq evi-internat məktəblərinə və Rusiya Tibb Elmləri Akademiyasının Petrovski adına Elmi Cərrahiyyə Mərkəzində, həmçinin "Yujnoye Butovo" əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzinə yeni il hədiyyələri göndərilib. Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvanın bir neçə uşaq evinə baş çəkərək şaxta baba, qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil ediblər. Bayram proqramından sonra balacalara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın digər regionlarında - Sankt-Peterburq, Yekaterinburq, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində , habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR