Bank Of Baku

Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib
# 28 dekabr 2011 07:26 (UTC +04:00)
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.

Tədbirdə çıxış edənlər Azərbaycanın nailiyyətləri, keçdiyi yol, iqtisadi durumu və dünyada tutduğu yeri barədə söhbət açıblar.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın 20 il müstəqilliyi ərzində əldə etdiyi uğurlar və apardığı islahatlar haqqında geniş məlumat verib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin və ölkənin dünyada artan nüfuzunun nəticəsi olaraq, Azərbaycanın bu il BMT-nin mötəbər qurumu olan Təhlükəsizlik Şurasının 2012-2013 illər üçün üzvü seçildiyini, bunun yeni qələbə olduğunu bildirib.

İştirakçılar Azərbaycan prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibətilə təbriklərini səsləndiriblər.

Qeyd edək ki, A. Mehdiyev azərbaycanlıların həmrəylik günü münasibətilə Nyu-Yorkda geniş yayımlanan “Davidson radiosu”na da dəvət olunub. Bir saat davam edən verilişdə səfir Azərbaycan haqqında geniş məlumat verib.

A. Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın apardığı işğalçı siyasətinin regionda sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhdid olduğunu qeyd edib.

Sonda A. Mehdiyev sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR