Bank Of Baku

Gürcüstanda 77 Azərbaycandilli məktəb direktoru gürcü dili kursunu başa vurub

Gürcüstanda 77 Azərbaycandilli məktəb direktoru gürcü dili kursunu başa vurub
# 30 dekabr 2011 11:56 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda 77 Azərbaycandilli məktəb direktoru Jvaniya adına Dövlət İdarəçilik Məktəbində dil öyrənmə kursunu başa vurub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məktəb direktorları gürcü dili kurslarını bitirdikdən sonra test imtahanları verərək yüksək nəticələrlə kursu bitiriblər. Direktorlar artıq gürcü dilində sərbəst danışır və onlara verilən suallara cavab verə bilirlər.

Qeyd edək ki, Azərbaycandilli məktəb direktorlarına gürcü dilinin öyrədilməsi kursu davam edəcək. Direktorlar 2012-ci ilin yazında daha bir kurs keçəcək və onlara sertifikatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR